Haqqında           Məhsullar  
        Qalereya           Partnyorlar           Əlaqə  
Haqqında

Biz Azərbaycanda yerleşen bir farmaseftik kompaniyayıq. Şirkətimiz 2005 ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində yaradılıb. Bizim başlıca məqsəd və məramımız dünyanın aparıcı farmaseftik kompaniyaları ilə qarşılıqlı əməkdaşlıqlar qurmaq və Azərbaycanımızı daha keyfiyyətli məhsullarla təmin etməkdir. Bizim əsas fəaliyyətimiz Türkiyə, İtaliya, Argentina ve İngiltərə kimi aparıcı ölkələrindən preparatların idxalı və onların Azərbaycan daxilində satışını həyata keçirməkdir. Şirkət daxilində bir neçə departamentlər fəaliyyət göstərir: Bunlar Marketinq, Satış, Analitika, Statistika və xarici əlaqələr departamentləridir. Bizim Azərbaycanın bütün regionlarda nümayəndəliklərimiz fəaliyyət göstərir. Biz həmçinin Azərbaycan Respulikasında keçirilən bütün tibbi tenderlərdə də yaxından iştirak edirik. Bizim kollektiv qarşılıqlı anlaşma və düzgün analiz etmək qabiliyyətinə malik yüksək ixtisaslı peşəkar farmaseftlərdən təşkil olunmuşdur. Biz dünyanı öncül şirkətləri ilə əməkdaşlıqımızı daha da genişləndirərək şirkətimizi dünyanın aparıcı şirkətlərindən birinə çevirməyi qarşımıza məqsəd qoymuşuq.

az | ru | en